"Beyonsun qızını mən dünyaya gətirmişəm" - iddia

"Beyonsun qızını mən dünyaya gətirmişəm" - iddia
2811 dəfə oxunub
  • A-
  • A
  • A+
Nyu-York sakini Tina Sils dünya pop ulduzu Beyons və həyat yoldaşı Cey Zinin qızları Blu Ayvini onun dünyaya gətirməsi barədə iddia ilə çıxış edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həmin qadın Beyonsun qızının surroqat anası olduğunu söyləyib. Tina bu iddialarını sübut etmək üçün analizlər verməyə də hazırdır. O, məşhur cütlükdən hər hansı məbləğdə pul da istəmir. T.Sils Beyons və Ceylə onların övladlarını dünyaya gətirmək barədə müqaviləsinin olduğunu bildirib.

Qeyd edək ki, bu, Tinanın məşhurların uşaqlarının surroqat anası olması barədə irəli sürdüyü ilk iddiası deyil. Belə ki, o, daha əvvəl Kim Kardaşyan və Kanya Vestin, hətta Britaniya şahzadəsi Uilyam və Keyt Midltonun övladlarını dünyaya gətirdiyini söyləyirdi.