Ceki Çanın oğlu həbs edildi

Ceki Çanın oğlu həbs edildi
2644 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur Çin və Hollivud ulduzu Ceki Çanın 31 yaşlı oğlu, musiqiçi-kinoaktyor Ceysi Çan tayvanlı dostu Kay Ko ilə birlikdə Pekində həbs olunub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, polis onların hər ikisini üzərlərində narkotik maddə olduğuna görə saxlayıb. Gənclərə cinayət işi açılacağı ehtimal edilir.

Qeyd edək ki, atasının yolunu davam etdirən Ceysi Çan Los-Ancelesdə rəqs və aktyorluq kursu keçib, klassik gitarada ifa etməyi bacarır. 2004-cü ildə ilk albomunu buraxıb. O, məşhur “Kunq Fu Panda” cizgi filmində durna obrazını səsləndirib. Onun dostu Kay Ko da bir çox televiziya verilişinin və Çin istehsalı olan filmlərin tanınmış iştirakçısıdır.