Ledi Qaqa kosmosda özünə toy edəcək

Ledi Qaqa kosmosda özünə toy edəcək
1347 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər zaman ekstravaqant geyimləri ilə diqqət mərkəzində olan pop ulduz Ledi Qaqa bu dəfə də qeyri-adi qərarını açıqlayıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni 33 yaşlı sevgilisi Teylor Kinni ilə kosmosda ailə quracağını deyib. 

Mərasim “Virgin Galactic” kosmik gəmisinin göyərtəsində baş tutacaq. Nikah tarixi kimi isə 2015-ci ilin əvvəlləri göstərilir. Ledi Qaqaya yaxın mənbələrin bildirdiyinə görə, cütlük belə bir fürsəti əldən vermək istəməyib:
 
“Onlar qeyri-ənənəvi toy etməyi düşünürlər. Əlbəttə orada keşiş olmayacaq, ancaq özləri sevgi və inam andı içəcəklər”.

Xatırladaq ki, Ledi Qaqa daha əvvəl bu ilin noyabrında Yer planetindən kənarda konsert verəcək ilk ifaçı olacağını iddia etmişdi.