“Qurd Səid” Fahriye Evcənlə evlənəcək

“Qurd Səid” Fahriye Evcənlə evlənəcək
5219 dəfə oxunub
  • A-
  • A
  • A+
Yazıçı Nərmin Bezmenin “Qurd Səid və Şura”, “Qurd Səid və Murka” romanları əsasında çəkilən eyniadlı serialda Murka rolunda oynayacaq aktrisanın kimliyi bəlli olub.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Hande Doğandemir və Fahriye Evcen arasında tərəddüd edən prodüserlər qərarlarını açıqlayıblar. Belə ki, bu obrazı F.Evcənin canlandırmasına qərar verilib.
 
Aktrisa yeni mövsümdə Kıvanç Tatlıtuğla birlikdə kamera önünə keçəcək. Qeyd edək ki, romana görə, Qurd Səid 1923-cü ildə Münəvvər xanımla evlənir və ona “Murka” deyə xitab edir. Bu nikahdan isə yazıçının anası Ləman və xalası Şükran dünyaya gəlir.

N.Bezmen Şura və Murka haqqında “Hər ikisi babamı çox sevib. Ancaq mədəniyyətləri və ənənələri səbəbindən məhəbətlərini təqdim etmə formaları fərqli olub”, deyə açıqlama verib.