Fatih Terimin qızını özündən çıxardılar – fotolar

Fatih Terimin qızını özündən çıxardılar – fotolar
3072 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə milli yığmasının baş məşqçisi Fatih Terimin qızı Busə Terim həyat yoldaşı Volkan Baxçaqapılı ilə çimərlikdə çəkilən şəkilləri barədə yayılan “Busənin artıq çəkiləri” tipli xəbərlərə əsəbləşib.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, haqqında yazılan şərhlərə görə özündən çıxan futbolçunun xanımı İnstaqram səhifəsindən bunları bildirib:

“Şükür ki, səhhətim normaldır. Mənə o sözləri yazanları Allaha tapşırıram. Mən insanam, istədiyim vaxt kökələ, istədiyim vaxt arıqlaya bilərəm. Bunun heç kimə dəxli yoxdur.
Mən model deyiləm, bədənimlə pul qazanmıram ki! Hamının həyatında bəzi məqamlar olur ki, kökəlir, arıqlayır. Buna görə kiməsə hesabat vermək məcburiyyətində deyiləm. Güzgüyə baxanda haqqımda “kökəlib”, “çəkisi artıb” yazanların düşündüyü kimi biri olmadığımı görürəm. Həyatımda hər zaman əlimdən tutan və mənə özümü qadın kimi hiss etdirən bir adam var. Sahib olduqlarıma baxıb həmişə şükür etmişəm, qalan şeylərə isə gülmüşəm. Siz də elə edin!”.