Dünyanın 10 ən çox qazanan modeli - siyahı

Dünyanın 10 ən çox qazanan modeli - siyahı
2089 dəfə oxunub
  • A-
  • A
  • A+
“Forbes” jurnalı dünyanın “Ən çox qazanan” modellərinin reytinqini təyin edib.

Axşam.az-ın məlumatına görə, siyahının ilk pilləsində tanınmış model Jizel Budhen qərarlaşıb. O, ötən ilin iyuldan 2014-cü ilin iyuluna kimi 47 milyon dollar qazanıb. 34 yaşı olmasına baxmayaraq, braziliyalı Jizel ən tələbkar modellərdəndir. 

Hollandiyalı gözəl Dautsen Krus ikinci yerdədir. O, 8 milyon dollar gəlir əldə edib.

Dünyanın ən gözəl xanımlarından olan model Adriana Lima 8 milyon dollar qazancı ilə üçüncü olub.

Siyahının digər ardıcıllığı belədir:

4. Keyt Moss – 7 milyon dollar

5. Keyt Apton – 7 milyon dollar

6. Miranda Kerr – 7 milyon dollar

7. Lyu Ven – 7 milyon dollar

8. Hillari Roda – 5 milyon dollar

9. Alessandro Ambrozio – 5 milyon dollar

10. Natalya Bodyanova – 4 milyon dollar