“Axı, mən həmişə çirkin olmuşam” - Brilliant

“Axı, mən həmişə çirkin olmuşam” - Brilliant
2465 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova "Facebook” səhifəsində oğlu Cahada yazdığı növbəti şeirini paylaşıb.

Axşam.az-ın məlumatına görə, müğənni həmin şeiri köhnə dəftərlərin birindən tapdığını söyləyib:

“Bağımız əməlli-başlı arxiv imiş. Bunu da oğlum beş-altı yaşında olarkən yazmışdım. Qəlbimdən dostlarımla bölüşmək gəldi:

Yaxşı ki, sən varsan, deyirəm, oğlum,

Toppuş əllərin var, şəkər dilin var

Yalqızam deməyə haqqım yox, demək,

Məni yaşadacaq əməllərin var.

Həyatın işıqlı səhifəsi sənsən,

Çağlayan ruhumun həvəsi sənsən,

Qəlbim dayanarsa, nəfəsi sənsən

Ömrümə yaraşıq gül tellərin var.

 İşığı gözlərindən alıram, oğlum,

Saçdığın şəfəqə mat qalıram, oğlum

Ağlasan, bulud tək doluram, oğlum,

Canıma can qatan gülüşlərin var.

İsmin mənim üçün xoş gələcəkdir,

Ən gözəl qızlar səni sevəcəkdir,

Sən artdıqca ana qəlbim böyüyəcəkdir,

Milyonlarla nurlu səhərlərin var.

Elə ki baxıram göyçək üzünə,

Suallar verirəm özüm özümə

Axı, mən həmişə çirkin olmuşam,

Bu gözəl oğlanı necə doğmuşam?!