Qabırğaları sınan aktyor xəstəxanaya yerləşdirildi

Qabırğaları sınan aktyor xəstəxanaya yerləşdirildi
1841 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış aktyoru Bekir Aksoy xəstəxanaya yerləşdirilib.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həyat yoldaşı ilə gecə gəzintisinə çıxan aktyor evə qayıdarkən açarları evdə unutduğunu görüb və mənzilə daxil olmaq üçün divara dırmanıb.
 
Bu zaman isə müvazinətini itirərək yerə yıxılıb. Təcili tibbi yardımla xəstəxanaya aparılan B.Aksoyun iki qabırğasının və sağ əl sümüklərinin sındığı məlum olub.
 
İki saat yarım əməliyyat olunan aktyorun vəziyyəti normaldır.