Səhiyyə Nazirliyi “Hyatt Regency” otelini cərimələdi

Səhiyyə Nazirliyi “Hyatt Regency” otelini cərimələdi
1227 dəfə oxunub
  • A-
  • A
  • A+

Səhiyyə Nazirliyi Sanitar-Epidemioloji Stansiyasının rəhbərliyi dünən baş vermiş insidentdən sonra “Hyatt Regency” otelində hovuzun suyunun tam dəyişdirilməsi və orada dezinfeksiya işlərinin aparılması barədə xəbərə aydınlıq gətirib.

Axşam.az Virtualaz.org saytına istinadən xəbər verir ki, dünən otelin hovuzunda iyrənc mənzərə yaranması barədə məlumat yayandan dərhal sonra Səhiyyə Nazirliyinin əməkdaşları ora gedərək qayda-qanun yaratmağa başlayıblar. Halbuki otelin administrasiyası və fitnes-mərkəzin rəhbərliyi gün ərzində inadkarlıq göstərərək hovuzda dezinfeksiya işləri aparmaqdan imtina edirdilər. Nəticədə Sanitar-Epidemioloji Stansiyanın briqadası otelə gedərək hovuzda müvafiq normalar çərçivəsində dezinfeksiya işləri aparıb.

Sanitar-Epidemioloji Stansiyanın rəisinin müavini Vaqif Abdullayev bildirib ki, “Hyatt Regency” oteli sanitar-epidemioloji normaları pozduğuna görə cərimələnib.

Xatırladaq ki, dünən səhər “Hyatt Regency” otelinin fitnes-mərkəzinin müştəriləri otelin hovuzunun suyunun nəcislə murdarlandığını, mərkəzin rəhbərliyinin isə suyu dəyişməkdən və hovuzu təmizləməkdən imtina etdiyini bildirmişdilər.