Bəy toy günü gəlini döydü - gözəllik salonunda

Bəy toy günü gəlini döydü -  gözəllik salonunda
10701 dəfə oxunub
  • A-
  • A
  • A+

Masallı rayonunda bəyin kobud hərəkəti toyda gəlinsiz qalmasına səbəb olub.
 
Axşam.az xəbər verir ki, rayon sakinlərinin milli.az-a verdikləri məlumata görə, avqustun 18-də bəy toy günü bəzənməsi üçün gəlini gözəllik salonuna gətirib.

Elə orada bəylə gəlin arasında mübahisə düşüb. Əsəbləşən bəy gəlinə sillə vurub. Bundan sonra gəlin ona ərə gəlmək istəmədiyini deyərək bəy evinə getməkdən imtina edib və salonu tərk edib.
 
Gəlini oğlan evinə gətirə bilməyən oğlan evi toyu gəlinsiz keçirmək məcburiyyətində qalıb. Gecə saat 2-yə qədər toy olub, vur-çatlasın davam edib.

Toyun səhəri gün qızın ailəsi gələrək cehizləri geri qaytarıb.