“Məni Ajda Pekkana oxşadanda əsəbləşirəm” - əməkdar artist

“Məni Ajda Pekkana oxşadanda əsəbləşirəm” - əməkdar artist
1342 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahanı əsəbləşdiriblər.

Axşam.az-ın məlumatına görə, sosial şəbəkədə fotolarına yazılan “Ajda Pekkana bənzəyirsiniz” şərhinə müğənni sərt reaksiya verib. O, əməkdaşımızla söhbətində bunları deyib:
 
“Dəfələrlə makiyajsız şəkillərimi paylaşmışam. Heç dünya ulduzları belə bir riskə getməyib. Fotolarıma  yazırlar ki, Ajda Pekkana oxşayırsan, əsəbləşirəm. Ajda gündə bir əməliyyata girir. Mən isə heç vaxt plastik əməliyyat etdirməmişəm. Gözəlliyim təbiidir”.