Xatirə iş qadını oldu

Xatirə iş qadını oldu
6866 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam yeni biznes qurub.

Axşam.az-ın məlumatına görə, sənətçi xına məclislərinin bəzədilməsi ilə məşğul olan mağaza açıb. Bu haqda əməkdaşımızla söhbətində ifaçı özü deyib:

“Bu cür mağazam çoxdan fəaliyyət göstərir. Sadəcə, indi həmin işi bir az da böyüdürəm. Bu, müğənnilikdən sonrakı ilk işimdir. Mənim oxumaqdan başqa heç bir biznesim yoxdur. Bu sahədə də o qədər uğurlu deyiləm. Bacarmıram. Tək qazancım səsimdir”.

Yeniliklərindən danışan X.İslam həmkarı Rüfət Axundovla oxuduğu “Küsmə” duetini ekranlaşdıracaq:

“Klipi Nail Naiboğlu çəkəcək. Sentyabrda təqdim edəcəm. Eyni zamanda da, yeni mahnılarım olacaq”.