Sevgilisindən Məryəm Üzərliyə gözlənilməz təklif

Sevgilisindən Məryəm Üzərliyə gözlənilməz təklif
4763 dəfə oxunub
  • A-
  • A
  • A+
"Möhtəşəm yüz il" serialından Hürrəm Sultan rolu ilə tanıdığımız aktrisa Məryəm Üzərliyə sevgilisi, iş adamı Can Atəşdən gözlənilməz təklif edilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, qızı Laranı istəmədiyi üçün C.Atəşdən ayrılıb Almaniyada yaşamağa qərar verən aktrisa payızdan yeni layihələrdə iştirak etmək üçün İstanbula dönəcək.

Fürsətdən istifadə edən Can Məryəmə "Bir yerdə qalaq. Lara da ailə mühitində böyüsün" deyə təklif irəli sürüb.

İndi hamı M.Üzərlinin verəcəyi cavabı gözləyir.