Hüseyn Dəryanın həbs yoldaşı öldü

Hüseyn Dəryanın həbs yoldaşı öldü
2632 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsində) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilən, 1969-cu il təvəllüdlü Bəylər Qəmbərov səhhətində yaranan problemlərlə əlaqədar müalicə müəssisinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, B.Qəmbərov 2009-cu ildə mərhum reper Hüseyn Dərya ilə birgə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəylər Qəmbərov 7 il, Hüseyn Dərya 1 il müddətinə azadlıqdan məhrum edilib.