Nərgiz Paşayevanın oğlu BDU-nun tələbəsi oldu

Nərgiz Paşayevanın oğlu BDU-nun tələbəsi oldu
6502 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayevanın oğlu Ülvi Mahmudov Bakı Dövlət Universitetinin tələbəsi adını qazanıb.
 
Modern.az saytına daxil olan məlumata görə, ikinci qrup üzrə qəbul imtahanında iştirak edən Ülvi Mahmudov 580 balla bu universitetin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsinin beynəlxalq münasibətlər ixtisasını seçib.

Bəzi hallarda övladlarının xarici universitetlərdə oxumasına üstünlük verən ailələr ölkə təhsili haqqında neqativ fikirlər səsləndirərək milli təhsilə kölgə salmağa çalışırlar. Lakin son illər tanınmış ailələrin, ziyalıların və nüfuzlu şəxslərin övladlarının məhz Azərbaycanda təhsil almalarına üstünlük verməsi milli təhsil haqqında səsləndirilən fikirlərin əsassız olduğunu göstərir.

Bunu ötən il 590 balla Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər ixtisasına qəbul olan prezident İlham Əliyevin oğlu Heydər Əliyevin timsalında da göstərmək olar.