Millət vəkilinin mahnısını oxudu

Millət vəkilinin mahnısını oxudu
934 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayeva yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, “Gözləyirəm” adlanan bəstənin sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə müğənninin özünə məxsusdur.

Mahnının aranjimanını Emin Kərimi edib.

T.Ağayeva bəstəni dinləyicilərin iTunes proqramı vasitəsilə əldə edə biləcəklərini söyləyib:

"Əziz dostlarım, yeni mahnımı təqdim etmək sevincimi sizlərlə bölüşürəm. Bu uğurlu işimizə görə, bacım Qənirə Paşayevanı da təbrik edirəm".