Oksana: “Mən hələ də şoudayam”

Oksana: “Mən hələ də şoudayam”
2475 dəfə oxunub
  • A-
  • A
  • A+
Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” rəqs yarışmasında iştirak edən rəqqasə Oksana Rəsulova növbəti həftəyə vəsiqə qazanıb.

Axşam.az-ın məlumatına görə, o, hər həftə bir iştirakçının tərk etdiyi yarışmanın ötən buraxılışında da maraqlı şou göstərib. Çıxışı ilə münsiflərin diqqətini çəkən Oksana bu haqda sosial şəbəkədə yazıb:

“Hər kəsə onlayn səs verdiyi üçün təşəkkür edirəm. Mən hələ ki, şoudayam. 8 nəfər qaldıq. Çünki bu həftə heç kim çıxmadı. Ümid edirəm ki, performansım hamınızın xoşuna gəldi".