“Gecə-gündüz oğlumu evləndirməyin fikrini çəkirəm”

“Gecə-gündüz oğlumu evləndirməyin fikrini çəkirəm”
2434 dəfə oxunub
  • A-
  • A
  • A+
Aşıq Zülfiyyə “Hər şey daxil” verilişində həyatdakı ən böyük arzusundan danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi hələ 24 yaşı tamam olmayan oğlunu tezliklə evləndirmək istədiyini deyib:

“Həyatda ən böyük arzum oğlum Babəki evləndirməkdir. 24 yaşı olacaq. İstəyirəm, ad gününə kimi toyunu edim. Gecə-gündüz onu evləndirməyin fikrini çəkirəm. Bildiyim qədəri ilə, bir qız tapıb”.

İfaçının oğlu isə məsələ ilə bağlı bunları söyləyib:

“Anam şayiə yayır (gülür). Heç kim yoxdur. Qismət nə vaxt olsa, onda da evlənəcəm”.

Yay istirahətindən danışan Zülfiyyə bağında dincəldiyini bildirib:

“Bağımda istirahət edirəm. Qonaqlarım da olur. Çoxları qonağı sevmir. Amma mən qonağa qulluq etməyi xoşlayıram, zövq alıram. Həyat yoldaşım da gözəl kabab bişirir”.