Madonna sevgilisini qovdu

Madonna sevgilisini qovdu
1164 dəfə oxunub
  • A-
  • A
  • A+
"Pop kraliçası" Madonna 26 yaşlı sevgilisi Timor Steffensdən ayrılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün Avropa səyahəti zamanı münasibətləri korlanıb. Onlara yaxın mənbənin bildirdiyinə görə, Madonna Timordan nəzakətli şəkildə əşyalarını yığıb getməyi tələb edib:

"O, heç vaxt bu əlaqəni ciddi qəbul etmirdi. Albomu üzərində işləyirdi və qızı Lolanın məktəbi qurtarmasının qayğısına qalırdı. Həmin vaxtda ciddi bir münasibət haqqında isə düşünmürdü".

Xatırladaq ki, Madonna və Timor bu ilin yanvarından birlikdə idilər. Onların ayrılma səbəbləri hələ ki bilinmir.