Şakiranın məşhur mahnısı plagiat çıxdı

Şakiranın məşhur mahnısı plagiat çıxdı
2604 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaşöhrətli kolumbiyalı ifaçı Şakiranın məşhur "Loca" mahnısı plagiat çıxıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-York məhkəməsinin qərarına əsasən, o, müəllif hüquqlarını pozaraq bu mahnını dominikanlı müğənni Ramon Arias Vaskesdən oğurlayıb.

Belə ki, Vaskes hələ 1990-cı illərin əvvəllərində həmin bəstəni ifa edib. Daha sonra isə El Kata ləqəbli digər sənətçi - Eduard Edvin Bello bu nəğmədən bəhrələnib. Bello Şakira ilə birlikdə "Loca"nın ispandilli versiyasını hazırlayaraq onu özününküləşdirib və heç vaxt müəllifini qeyd etməyib.

Məhkəmə buna görə Ariasın mahnısının hüquqlarının məxsus olduğu "Mayimba Music" şirkətinə kompensassiya ödənilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, "Loca" 2010-cu ilin hit-paradları sırasında ilk yerlərdən birini tutub və bir neçə milyon nüsxə ilə satılıb.