Sərdar Ortaçın xanımı qadağan olunmuş eşq yaşayacaq

Sərdar Ortaçın xanımı qadağan olunmuş eşq yaşayacaq
3940 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Sərdar Ortaçın xanımı, irlandiyalı Xloe Luqnan yeni filmə çəkilir.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qurdlar vadisi"nin müəllifi Bahadır Özdenerlə Cüneyt Aysanın ssenaristliyi və prodüserliyi ilə çəkilən yeni "Ağ qərənfil" serialında Xloe də iştirak edəcək.
 
Belə ki, o, payızda ekranlarda yayımlanacaq filmdə Əbdülhey obrazı ilə tanınan Kənan Çobanın qadağan olunmuş eşq yaşadığı model rolunu canlandıracaq.

Qeyd edək ki, serialın mövzusu narkotik asılılığı və bu zərərli vərdişə qarşı mübarizə haqqındadır.