Rusiyalı müğənninin azərbaycanlı məşhurla nişanından fotolar

Rusiyalı müğənninin azərbaycanlı məşhurla nişanından fotolar
5342 dəfə oxunub
  • A-
  • A
  • A+

42 yaşlı rusiyalı opera ifaçısı Anna Netrebko ilə 33 yaşlı azərbaycanlı tenor Yusif Eyvazovun nişanlanması xəbərini vermişdik.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Rusiya mediası cütlüyün Avstriyanın Zalsburq şəhərində baş tutan nişan mərasimindən fotolarını yayıb. Şəkillərdə Annanın oğlu Tyaqo da yer alıb.

Qeyd edək ki, soprano keçmiş əri, uruqvaylı bariton Ervin Şrott ilə 2013-cü ilədək vətəndaş nikahında yaşayıb. 2014-cü ildə isə Y.Eyvazovla nişanlanması xəbərini elan edib.