Məşhur modeldən gözəllik sirləri

Məşhur modeldən gözəllik sirləri
2665 dəfə oxunub
  • A-
  • A
  • A+
Təxminən bir ay əvvəl ikinci övladını dünyaya gətirən 29 yaşlı məşhur model Dautsen Kroes Amerikanın "Glamour" jurnalına fotosessiya etdirərək gözəllik sirlərindən danışıb.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, model qadınlara bəzi məsləhətlər verib. Həmin məsləhətləri təqdim edirik:

1) Yuxudan oyanarkən özünüzü olduğunuz kimi qəbul edin - Saçlarınız nə qədər dağınıq olsa da, həmin görünüşünüzü sevin.

2) Dərinizə qulluq edin - Bunun üçün təbii vasitələrdən istifadə edin. Makiyajımı sildikdən sonra üzümə təzə meyvələr sürtürəm. Məsələn, limon dəriyə çox faydalıdır. Təbii C vitamini üzümü parıldadır.

3) Saçlarınızı yüngülləşdirin - Sadə düzülüşlərdən və ya yığmalardan istifadə edərək saçlarınızı sərbəst buraxın.

4) Həmişə hərəkət edin - Mən hamilə olarkən 3 yaşlı oğlumu hər səhər bağçaya velosipedlə özüm aparırdım.

5) Sağlam qidalanın - Tərkibində maya olan məhsullardan uzaq durun və təbii meyvə-tərəvəzlərdən istifadə edin.

6) Sadə makiyaja üstünlük verin - Bir qədər ənlik və dodaq boyası gözəl görünməyinizə kifayətdir.