Özcan Dəniz özünə "həyat yoldaşı" tapa bilmir

Özcan Dəniz özünə "həyat yoldaşı" tapa bilmir
2405 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Özcan Dənizin "03 Production"la birlikdə çəkəcəyi yeni "Kaderimin yazıldığı gün" serialı ətrafında növbəti qalmaqal yaranıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ssenarisi bir neçə dəfə yazılan ekran işində müğənninin həyat yoldaşını oynamaq üçün aktrisalar axtarılmağa başlanılıb. Daha əvvəl bu obrazı canlandırmağa razı olan Belçim Bilgin sonradan filmin növbəti serialarında geri planda qalacağını əsas gətirərək fikrindən daşınmışdı.

Bu dəfə isə həmin rola çəkilmək üçün razılığa gəlinən Ceyda Düvənci ssenarini oxumadan oynamaq istəmədiyini deyərək layihəni tərk edib. Bundan əvvəl Haticə Şəndil də ekran işində Ö.Dənizin sevgilisi olmaq istəməmişdi.

Qeyd edək ki, çəkiliş heyəti hazırda baş rola çəkilmək üçün aktrisa axtarışındadır. Serialın çəkilişlərinə sentyabrda başlanılacaq.