“Heç kim bahalı avtomobil sürməkdə məni üstələyə bilməz”

“Heç kim bahalı avtomobil sürməkdə məni üstələyə bilməz”
2660 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Cavanşir Məmmədov “Rolls Racer” markalı avtomobilindən danışıb.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı olan müğənni Azərbaycanda hamıdan üstün olduğunu bildirib.

O, aparıcının “Sizdən də bahalı maşın sürən var” sualına belə cavab verib:
 
“Heç kim bahalı avtomobil sürməkdə məni üstələyə bilməz. Çünki dünyada “Rolls Racer”dən bahalı maşın yoxdur. Amma bu, əhəmiyyətsizdir. İnsanın gərək özü dəyərli olsun. Onu Azərbaycana mən gətirmişəm. Bu, mənim yox, xalqındır. Maşını bir il yarım gizlətdim. Çünki məndən də yaxşı, igid oğullar var. İnsanın ağlı böyük olmalıdır. Hər dəqiqə onu sürmürəm. Hərdən istfiadə edirəm”.