İlhamla Fərizənin məzarı təhqir edilib - fotolar

İlhamla Fərizənin məzarı təhqir edilib - fotolar
5138 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün "Faceook" sosial şəbəkəsində İlham və Fərizənin Şəhidlər Xiyabanında olan məzarlarının üzərində natəmizlik olan fotosu yayılıb.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, fotonu Əşrəf Həşimov adlı istifadəçi yayıb. Onun yazdığına görə, dünən Şəhidlər Xiyabanında biabırçı hadisənin şahidi olub.

O, İlham və Fərizənin qəbirlərinin üzərində natəmizlik görüb. Əvvəl məzarın boyandığını düşünüb. Ancaq baş daşına yaxınlaşanda həmin şeyin boya yox, nəcis olduğunu görüb.

Daha sonra həmin şəxs fotonu silib.

Məlumat yayıldıqdan dərhal sonra saytın əməkdaşı Şəhidlər Xiyabanına yollanıb. Jurnalistin lentə aldığı fotolardan görünür ki, məzarın üzərinin təmizlənib.

***

“Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarına nəcis yaxılması çox güman ki, əraziyə gələn hansısa avara insanların işidir. Bu barədə bizə səhər saatlarında məlumat verilib və dərhal məzarlar təmizlənib”.

Bunu İnterpress.az-a BŞİH-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov şəhid məzarlarına nəcis yaxılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

 S.Həsənovun sözlərinə görə, ərazidə müşahidə kamerası olmadığından hadisəni kimin törətdiyi məlum deyil:

“Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşı nəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündən yayına bilib”.

 S.Həsənov hadisəni kimin törətməsinin araşdırılması ilə bağlı hələlik rəsmi qurumlara müraciət edilmədiyini vurğulayıb.