“Xəzər”in canlı efirində başlarına su tökdülər – video

“Xəzər”in canlı efirində başlarına su tökdülər – video
6163 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün “Xəzər” telekanalında yayımlanan “5/5” verilişində maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqramın qonağı olan yumor ustası Fərda Xudaverdiyev “Buzlu su” aksiyasını canlı yayımda etmək təklifi irəli sürüb.

Onun bu istəyi ilə razılaşan aparıcı Zaur Kamal və digər qonaqlar - reper Qurd, müğənni Çingiz Mustafayev, idmançılar içərisi buzla dolu suyu başlarına töküblər. F.Xudaverdiyev estafeti aktyor Elməddin Cəfərov, Müşviq Şahverdiyevə; Qurd prodüser Anar Mədətov, müğənni Günay İbrahimli, idmançı Kamil Zeynallıya; Çingiz əməkdar artist Tünzalə Ağayeva, menecer Zəhra Bədəlbəyli, aparıcı Şəhriyyar Əbilova; Zaur isə əməkdar artist Ədalət Şükürov, Elza Seyidcahan və müğənni Vasif Məhərrəmliyə verib.

Həmin görüntünü təqdim edirik.