Tanınmışlar dağda tonqal qalayıb, kabab bişirdi – video

Tanınmışlar dağda tonqal qalayıb, kabab bişirdi – video
3675 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Piknik” verilişi yeni buraxılışı ilə hər kəsi ekran qarşısına toplayacaq.

Axşam.az-ın məlumatına görə, proqramın budəfəki qonaqları muğam ifaçısı Elnarə Abdullayeva, müğənni Elçin Hüseynov olub.

Verilişdə ən maraqlı məqamlardan biri uzun müddətdir mübahisələri bitmək bilməyən aparıcılar - Kəmalə Piriyeva ilə İslam Mehrəliyevin barışmasıdır. Qonaqlar yayın istisində “Piknik”də dincəliblər. Onlar dağlıq yerdə, yaşıl çəmənlikdə ocaq qalayıb, kabab bişiriblər. İncəsənət nümayəndələrinin maraqlı görüntülərini “Piknik”də izləyəcəksiniz.

Verilişə hər həftənin şənbə günü saat 16:00-da baxa bilərsiniz.

Proqramın rejissoru və layihə rəhbəri Aynurə Tahirqızı, operatoru Əli Hüseynov, Tural Əhmədov, montajçısı Əhməd Heybətov, prodüseri Gülnarə Rəsul, baş redaktoru Tünzalə Məlikovadır.