"Madonna məni ağzıaçıq seyr etdi"

"Madonna məni ağzıaçıq seyr etdi"
3378 dəfə oxunub
  • A-
  • A
  • A+
"Pop kraliçası" Madonna ötən həftə 56 yaşını qeyd etdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun İbizadakı ad günü məclisində türkiyəli oriental rəqqasə Didəm də olub. Bu gün vətəninə qayıdan Didəm dünya ulduzunun keçirdiyi əyləncəli gecənin detallarından danışıb:
 
"30 nəfər qonağı gəlmişdi. Madonna ilk dəfə türk oriental rəqqasəni gördüyünü etiraf etdi. Səhnəyə çıxmazdan əvvəl tərəddüdlərim var idi. Amma daha sonra məni ağzıaçıq seyr etdiyini görəndə həyəcanım keçdi. Əlindən tutub səhnəyə çağırdım və öyrətdiyim rəqs hərəkətlərini bir-bir təkrarladı".