Xatirədən etiraf: "İlham mənim qohumumdur"

Xatirədən etiraf: "İlham mənim qohumumdur"
6089 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam 20 Yanvar şəhidləri İlham və Fərizə ilə bağlı maraqlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, bu gün mediada şəhidlərin məzarına hörmətsizlik edilməsi ilə bağlı xəbəri paylaşan sənətçi onların qohumu olduğunu bildirib:
 
“Heç vaxt qeyd etməmişdim – İlham anamın doğma xalası oğludur. Allah ikisinə də rəhmət eləsin. Bunların başdaşına nəcis sürtən yüz faiz ermənidir. Qoynumuzda çox ilanlar yatır, xəbərimiz yoxdur. Bütün aidiyyatı orqanlar bununla məşğul olmalıdır. Axı belə olmaz, günahdır”.