İlhamə İspaniyanı qarış-qarış gəzib - fotolar

İlhamə İspaniyanı qarış-qarış gəzib -  fotolar
4206 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İlhamə Qasımova uzun müddətdir çıxdığı Avropa səyahətindən qayıdıb.

Axşam.az-ın məlumatına görə, sənətçi səfər təəssüratlarını bizimlə bölüşüb. 1 aydır İspaniyada olan İlhamə istirahət zamanı önəm verdiyi özəl istəklərini əməkdaşımızla söhbətində etiraf edib:

“Gəzinti zamanı mənim üçün beşulduzlu oteldə qalmaq önəmli deyil. Otellərə o qədər pul tökməyi axmaqlıq sayıram. Mən dincəlməyə gedərkən kirayə ev tuturam. İstədiyim kimi qalıram, ucuz da başa gəlir. Bir də istirahətdə alış-veriş etmirəm. Əgər sırf gəzməyə getmişəmsə, ancaq bunu edəcəm. Pulumu yalnız maşın kirayələməyə, şəhərdən-şəhərə getmək üçün biletə xərcləyirəm. Ölkə seçəndə qədim, tarixi binaların çox olmasına üstünlük verirəm. Bu dəfə 1 ay İspaniyada qaldım. Ətraf şəhərləri gəzdim. Çox gözəl idi. Uzun müddətdir Barselonaya getməkdə tənbəllik edirdim. Amma bu dəfə getdim və ora mənim ən sevimli şəhərimə çevrildi. Mən sakit istirahəti xoşlamıram. Səyahətim qaynar, səs-küylü yerdə keçməlidir, bütün günü gəzməliyəm. Buna baxmayaraq, bədxərc deyiləm, qənaətciləm. Həmişə elə edirəm ki, cibimdə pulum qalsın”.

Hazırda Lənkəranda istirahətini davam etdirən İlhamə səfəri ilə bağlı fotoları bizimlə bölüşüb.