Oğurlanan 2 aylıq körpənin anası fəryad etdi - video

Oğurlanan 2 aylıq körpənin anası fəryad etdi - video
3799 dəfə oxunub
  • A-
  • A
  • A+

 Avqustun 13-də Sumqayıt şəhərində Aysel Əhmədova adlı şəxsin 2 aylıq körpəsinin oğurlanması haqqında xəbər vermişdik.

Axşam.az “Kanal Baku”ya istinadən xəbər verir ki, körpənin anası baş verən hadisəni şərh edib:

"Kök, hündürboy, sarısaç bir gəlin idi. Salamlaşdıqdan sonra dedi ki, 2 saatdır, səni gözləyirəm. Məndən onu evə demək etməyimi istədi".

A.Əhmədovanın sözlərinə görə, adını açıqlamağın yasaq olduğunu deyən qadın xüsusi idarədə işlədiyini deyib:

“Parka düşəndə mənə dedi ki, mən sizə görə yox, Aylinə görə gəlmişəm. Mən ondan uşaqlarımla birgə yelləncəyə minməyi xahiş edəndə 58 yaşı olduğunu və edə bilməyəcəyini söylədi.Əvəzinə körpəmi qucağına aldı və saxladı. 2-3 dəqiqədən sonra enəndə gördüm ki, uşaq yoxdur. Gəlib "semiçka" satan qadından soruşanda o da  getdikləri istiqaməti göstərdi”.

İki aylıq körpənin oğurlanması haqda informasiya yayıldıqdan sonra Sumqayit Şəhər Polis İdarəsinə taksi sürücüsü tərəfindən Baki Avtovağzalında qadının uşaqla görünməsi ilə bağlı məlumat daxil olub. Körpəsindən ayrı düşən ana fəryad edib:

“Gecə-gündüz paltarlarını iyləyib yatıram. Balamı qaytarın, yalvarıram. Sən necə fırıldaq iş gördün, gəldin, nə etdin bilmirəm, amma körpəmi qaytar”.

Uşağın anası tərəfindən satılması ittihamlarına isə körpənin babası cavab verib:

“Övlad əgər mənimdirsə, polis əməkdaşları qarşısında söz verirəm ki, əgər o, satıbsa, oğurlayan qadın gəlsin və üzləşsin ki, həqiqətən Əhmədova Aysel uşağı mənə satıb, mən onun yerinə ömürlük cəzanı almağa hazıram”.