İlhamla Fərizənin ailəsi Şəhidlər Xiyabanında - video

İlhamla Fərizənin ailəsi Şəhidlər Xiyabanında - video
4457 dəfə oxunub
  • A-
  • A
  • A+

 Bu gün "Faceook" sosial şəbəkəsində İlham və Fərizənin Şəhidlər Xiyabanında olan məzarlarının üzərində natəmizlik olan fotosunun yayılması ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın "Kanal Baku"-ya istinadən məlumatına görə, bu barədə şəkli təmizləyən xadimə də danışaraq böyük problem olmadığını deyib. İlham Allahverdiyevin qardaşı və Fərizənin bacısı da məsələ  haqda eşidən kimi hadisə yerinə gəliblər. Fərizənin bacısı bu barədə qızının vasitəsilə informasiya aldığını deyib:

 “Qızım mənə zəng edərək sosial şəbəkədə belə bir fotonun yayıldığını söylədi. Komputeri açıb öz gözümlə də gördüm. Birbaşa məzarın üstünə gəldim və gördüm ki, heç nə yoxdur”.

İlham Allahverdiyevin qardaşı isə məzarın üstünü təmizləmək üçün buraya gəldiyini deyib:

“Yoldan spirt aldım ki, silim. Amma gördüm ki, bura tərtəmizdir. Xadimələrdən soruşanda, səhər şəklin üzərində bir az ləkə olduğunu və özlərinin təmizlədiyini dedilər”.

Məsələ ilə bağlı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə də müraciət edilib və baş mühəndis hadisənin gecə saatlarında baş verdiyini söyləyib: 

“Hansısa manyak bu işi görüb, daha sonra özü çəkib internetdə yayıb. Yəqin ki, özü də təmizləyib. Çünki biz səhər işə başlayanda məzarın üstü təmiz idi”.

Qeyd edək ki, baş verən hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır.