Prezidentin oğlunun ürəyi getdi - video

Prezidentin oğlunun ürəyi getdi - video
4038 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlunun ürəyi gedib.

Axşam.az anspress-ə istinadən xəbər verir ki, hadisə Kiyevdəki müqəddəs Sofiya kilsəsində, Ukrayna üçün dua oxunan zaman baş verib. Bu anlar videokameraların yaddaşına köçürülüb.

Anbaan lentə alınan kadrlarda da aydın görünür ki, yeniyetmənin vəziyyəti mərasim zamanı pisləşib. O, bir necə dəfə gözlərini uzunmüddətli yumaraq səndələyib və aşıb. Gənc oğlanı onun arxasında dayanan keçmiş prezident Viktor Yuşşenko tutub.

"Mir 24" kanalının məlumatına görə, hadisəyə səbəb zalda havasızlıq olması olub. Məlumata görə, yeniyetmə zaldan çıxarılıb və özünə gələndən sonra yenidən məbədə qayıdıb.

Qeyd edək ki, avqusun 23-də Ukraynada bayraq günüdür. Rəsmi hissə ölkə bayrağının Kiyevdəki Sofiya meydanında qaldırlması ilə başlayıb. Mərasimdə eks prezidentlər - Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko da iştirak edib.

Xatırladaq ki, Poroşenko ikinci dəfədir ki, anoloji hadisə ilə üzləşib. Belə ki, iyun ayının 7-də andiçmə zamanı fəxri qaravulda dayanan əsgərlərdən biri isti hava şəraiti ilə əlaqədar yıxılmışdı.