Ayselin evindən fotosessiya+müsahibə

Ayselin evindən fotosessiya+müsahibə
14980 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Aysel Əlizadə saytımıza müsahibə verib. Sənətçi qarderobundan, sevdiyi ətirlərdən danışıb, şəxsi həyatı ilə bağlı suallara cavab verib.

Axşam.az ifaçının evindən özəl fotoların da yer aldığı həmin müsahibəni təqdim edir:

- Geyimlərinə diqqət etdiyini bilirik. Qarderobunda ən bahalı libasa nə qədər pul vermisən?

- İstənilən qiymətə paltar alıram. Mənim üçün önəmli olan məbləğ yox, geyimin mənə yaraşmasıdır. Ən bahalı paltarıma 5 min pul vermişəm.

- Alış-verişə çıxarkən ən çox nəyə baxırsan, nə alırsan?

- Daha çox ayaqqabı və çantalara diqqət yetirirəm. Qarderobumdakı ayaqqabıların sayını unutmuşam. Onlara çox pul verəndə heyfsilənmirəm. Ayaqqabılarımın qiyməti 2000-4000 min arasındadır.

- Geyimlə bağlı qadağaların olur?

- Bu həyatda heç kimə sənətim vğ geyimimlə bağlı qadağalar qoymağa icazə vermirəm. Bu, mümkün deyil... Çünki mən hər dəfə fərqli əhval-ruhiyyədə oluram. Həmin günə uyğun geyim seçirəm. Kiminsə qadağası buna mane ola bilər. Bu isə mənim ruhumu narahat edir.

- O nədir ki, çantanı onsuz təsəvvür etmirsən?

- Ətir... Mütləq yanımda olmalıdır.

- Hansı ətirlərdən istifadə edirsən?

- Hazırda “Dolce and Gabbana” istifadə edirəm. Amma eyni zamanda “Chanel”, “Amouage”, “Tom Ford” kimi parfümlərim olub. Ətir almaqdan doymuram. Əsas odur ki, iyi ürəyimcə olsun.

- Yanında bacın qızını gördük. Onun nazı ilə oynayırdın. Ümumiyyyətlə, uşaqlarla mehribansan?
 
- O, mənim ruhumu rahatladır. Düzdür, çox yorğun olanda oynamağa hövsələm çatmır.  Ümumiyyətlə isə uşaqlarla xoşbəxt oluram.

- Aysel, balaca qızı görəndə yəqin ki, ana olmaq həvəsinə düşürsən. İlk övladının oğlan, yoxsa qız olmasını istəyərdin?

- Fərqi yoxdur. Yetər ki, Allah mənə ana olmağı qismət etsin.

- Bəs, yaxın günlərdə ailə qurmaq planın var? Aysel nə cür sevgi yaşamaq istəyir?

- Sevgi cəbhəsində hazırda boşluqdur. Ailə qurmaq isə qismətdir... Allah nə vaxt nəsib etsə, onda da olacaq. Sevginin ən gözəlini yaşamaq istəyirəm. Məni qəlbən xoşbəxt etsin. Bunu hələ ki, yaşamamışam.

Zəhra ƏHMƏDOVA

Foto: Rəşad ABBASOV