İstirahətdən qayıdan xalq artistinə romantik qarşılama – foto

İstirahətdən qayıdan xalq artistinə romantik qarşılama – foto
6232 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir gündəmdən uzaqlaşan xalq artisti Nazpəri Dostəliyeva sosial şəbəkədə yeni fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, İspaniya, İtaliya və bir çox ölkələri gəzən müğənni ötən gün vətənə qayıdıb. Evinə gələn N.Dostəliyeva maraqlı sürprizlə qarşılaşıb. Pərəstişkarlarından biri olan Suqra ifaçı üçün sürpriz hazırlayıb. Belə ki, müğənnini çox istəyən fanatı onun evinin ətrafını güllərlə bəzəyib.

Fotosunu İnstaqram səhifəsində paylaşan Nazpəri Dostəliyeva “Təyyarədən saat beşdə endim, evə gələndə bu cür qarşılamanı gördüm şoka düşdüm. Hər birinizə belə xoşbəxtlik, sənət sevgisi arzulayıram” sözlərini yazıb.