Sarayda mövsüm açılışında bu müğənnilər çıxış edəcək

Sarayda mövsüm açılışında bu müğənnilər çıxış edəcək
1935 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Sarayı yeni mövsümü sentyabrın 19-da “İsti payızın sərin nəğmələri" adlı konsert proqramı ilə açacaq.

Axşam.az-ın məlumatına görə, proqramda çıxış edəcək müğənnilərin adları bəlli olub. Belə ki, gecədə əməkdar artist Səlim Abbasov, müğənni Səbinə Babayeva, Nurlan Növrəsli, Günay İbrahimli, Sevda Yəhyayeva, Murad Sadıx, Amil Həsənoğlu, Kənan Qədimov, Pərviz Abdullayev, Nicat Məhərrəmov, Nicat Cəfərzadə, Elçin Cəfərov, Gülay Qədirova, Elnur Zeynalov, Rövşən Qurbanov, Ceyhun Muradov, COMEDY.AZ, “Cəngi” rəqs ansamblı və başqaları iştirak edəcəklər.

Konsert saat 19:00-da başlayacaq. Biletləri şəhərimizin kassalarından əldə etmək olar.