Əməliyyat olunan müğənnidən yeni fotolar

Əməliyyat olunan müğənnidən yeni fotolar
3022 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Nazim Məmmədov burun əməliyyatı etdirib.

Axşam.az-ın məlumatına görə, ifaçı əməliyyatdan sonra ilk dəfə “Hər şey daxil” verilişinə qonaq olub. İstanbul Estetik Klinikasında baş tutan prosesdən danışan N.Məmmədov əməliyyatdan razı qaldığını bildirib:

“Nəyisə etməzdən əvvəl ən əsas amil ona inanmaqdır. İstanbul Estetik Klinikasının həkimləri məndə inam yaratdılar. Əməliyyatın əsas məqsədi burnumdakı çəpər əyriliyini aradan qaldırmaq idi. Buna da nail oldum. Ötən il oktyabrda qəza nəticəsində burnum zədə almışdı. Həkim problemi də aradan qaldırıb. İndi nəfəs almağım çox rahatlaşıb”.