“Pulumu xanımım saxlayır” – Arif Quliyev

“Pulumu xanımım saxlayır” – Arif Quliyev
1233 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Arif Quliyev “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktyor proqramda müzakirə olunan “Pulu qadın, yoxsa kişi çox xərcləyir” mövzusuna münasibət bildirib. O, qazancını xanımına verdiyini etiraf edib:

“Ailədə büdcəni qadın yığmalıdır. Buna görə də, pulu həmişə xanımıma verirəm, o saxlayır. Həyat yoldaşıma etibar edirəm. Amma elə qadın da var ki, yığımcıl yox, bədxərcdir. Ailədə  ən çox pul xərcləyən özüməm. Hərdən dostlarımı yığıram ki, gedək, yeyib-içək. O qədər danışıram, onları güldürürəm ki, hesabı ödəməyə qoymurlar. Amma evdə demirəm ki, pulu xərcləmədim. Cibimdə saxlayır, özüm üçün yığıram”.