Milyarder sevgilisi ilə ilk dəfə birlikdə görüntüləndi - fotolar

Milyarder sevgilisi ilə ilk dəfə birlikdə görüntüləndi - fotolar
2799 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş həyat yoldaşı, aktyor Orlando Blumdan ayrılan model Miranda Kerr ilk dəfə milyarder sevgilisi, iş adamı Ceyms Paker ilə birlikdə görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı model Pakerin İspaniyadakı lüks yaxtasına minərkən obyektivlərə tuş gəlib.
 
Cütlük daha çox diqqət cəlb etməmək üçün əllərindən gələni edib.

Qeyd edək ki, Miranda Kerrin Orlando Blumdan Flinn adlı 3 yaşlı oğlu var və onlar hələ də dost kimi görüşürlər.