Zorik Natavanı yalanladı: "Sənə yazığım gəlir"

Zorik Natavanı yalanladı: "Sənə yazığım gəlir"
5741 dəfə oxunub
  • A-
  • A
  • A+

Klipmeyker Zöhrab Ağayev müğənni Natavan Həbibi ilə məhkəməsində İnstaqram səhifəsindən imtina etməsi barədə yayılan xəbərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, o bu məlumatın əsassız olduğunu söyləyib:

“Xəbəri görəndə gülməkdən öldüm. Mən İnstaqram səhifəmdən imtina etməmişəm. Sadəcə demişəm ki, o sözləri sosial şəbəkədə yazmamışam, canlı efirdə demişəm. Amma indi ki, belə oldu, İnstaqramda da deyirəm, Natavan, sənə və səni müdafiə edənlərə yazığım gəlir. Çox gülüncsünüz, təlxək Natavan. Get xəstəliyini müalicə etdir”.

Qeyd edək ki, Zorik İnstaqram səhifəsində Natavan Həbibini erməni adlandırıb.

N.Həbibinin prodüseri Roland Bayramov isə Zorikin məhkəmə prosesində İnstaqram səhifəsinin ona aid olduğunu dandığını deyib:

“Səbail Rayon Məhkəməsində cavabdeh Zorikə ( Zöhrab Ağayev) qarşı şərəf və ləyaqətin, işguzar nüfuzun müdafiəsinə dair iddia ərizəsinə baxılıb. Zorik məhkəmədə bildirib ki, “zorik_official_page” adlı İnstaqram səhifəsi ona məxsus deyil. Həmin profildə o, Natavan Həbibini təhqir edən heç bir yazı yazmadığını deyib. O, səhifəyə aidiyyatı olmadığını bildirib”.