Bred Pitt və Coli övladları ilə Fransada - fotolar

Bred Pitt və Coli övladları ilə Fransada - fotolar
1546 dəfə oxunub
  • A-
  • A
  • A+

Son vaxtlar rejissorluq fəaliyyəti ilə diqqət çəkən Hollivud ulduzu Ancelina Coli “Dəniz sahilində” adlı yeni filmini çəkməyə hazırlaşır.
 
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, filmin aktyor heyəti barədə məlumat böyük rezonansa səbəb olub. Belə ki ekran işində əsas rollara Colinin özü və yaraşıqlı sevgilisi Bred Pitt çəkiləcəklər.
 
Cütlük çəkilişlərə başlamazdan əvvəl sonuncu tətillərinə, Fransaya yola düşüb. Onlar 6 uşağını da özləri ilə aparıblar. Böyük ailənin səyahəti zamanı maraqlı bir məqam jurnalistlərin diqqətindən yayınmayıb.

Ətrafda bir neçə cangüdənin olmasına baxmayaraq, uşaqlar səyahət çantalarını özləri daşıyırmışlar.

Bu da Hollivudun ən sevimli cütlüyünün uşaqlarına verdiyi düzgün tərbiyənin bir nümunəsi kimi qiymətləndirilib.