Nüsrət Kəsəmənlinin oğlunun məhkəməsindən xəbər var

Nüsrət Kəsəmənlinin oğlunun məhkəməsindən xəbər var
2734 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənlinin apelyasiya şikayətinə baxılıb.

Axşam.az-ın virtualaz.org-a istinadən verdiyi xəbərə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin işi üzrə ilkin baxış iclası keçirilib.

A.Kəsəmənlinin vəkili hüquqlarını müdafiə etdiyi şəxsin şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət qaldırıb. Vəsatət qəbul edilməyib. Məhkəmənin qərarından kasasiya şikayəti verilib. Cinayət işinin materialları baxılması üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Kəsəmənli 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Araz Kəsəmənli apellyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Xatırladaq ki, Araz Kəsəmənli mərhum şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb. Həbsdən çıxandan 3 ay sonra isə həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.