“20 yaşlı qızın kişilərlə münasibətdə lazımi təcrübəsi olmur”

“20 yaşlı qızın kişilərlə münasibətdə lazımi təcrübəsi olmur”
3199 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhurların cavanlıqlarını qaytarmaq üçün əllərindən gələni əsirgəmədiyi bir vaxtda Hollivudun ən cazibədar aktrisalarından sayılan Şarliz Teron açıqlaması ilə hər kəsi təəccübləndirib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, artıq 20 yaşlı gənc qız olmadığı üçün çox sevindiyini deyib.

Onun sözlərinə görə, qadın yalnız illər keçdikdə özündə gözəlliyi və əminliyi əks etdirən əsl xanım olur:

“Mən düşünürəm ki, qadınlar hakimiyyət, daxili şəhvaniyyət və həssaslığı yaş ötdükcə əldə edirlər. Gözəlliyin 20 yaşında olduğunu düşünmək absurd fikirdir. Çünki belələri nə həyat müdrikliyini qazanıb, nə də kişilərlə münasibətdə lazımi təcrübəsi yoxdur. O yaşda insan hələ çətinliklər yaşamır və ona görə qadın yaşlandıqca gözəlləşir”.