Vəfa Zeynalova özünü zədələyib - fotolar

Vəfa Zeynalova özünü zədələyib -  fotolar
5853 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vəfa Zeynalova üzündən zədə alıb.

Axşam.az-ın məlumatına görə, hadisə aktrisa Fransada “Fort Boyard” yarışmasında olarkən baş verib. Oyunda ona verilən tapşırığı yerinə yetirməyə çalışan V.Zeynalova yıxılıb. Bu haqda “Fort Boyard”ın rəsmi “Facebook” səhifəsində qeyd olunub.

Bildirək ki, “Fort Boyard” ATV telekanalında yayımlanacaq. Verilişin aparıcıları Mətanət Əliverdiyeva və Zaur Baxşəliyevdir.
 
Fort Boyard qalasında keçirilən yarışma öz qeyri-adi oyun qaydaları ilə tanınır. Müsabiqənin qalib komandasına böyük miqdarda pul mükafatı hədiyyə edilir.