Kənanla Beren biznesə başladı

Kənanla Beren biznesə başladı
2813 dəfə oxunub
  • A-
  • A
  • A+
Yenicə evlənən müğənni Kənan Doğulu və aktrisa Beren Saat ticarət dünyasına addım atıb.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Doğulu və Saat ortaqları ilə birlikdə “Bidon Qida” adlı şirkət qurublar.

Arnavutköydə yerləşən və ilkin sərmayesi 100 min lirə (təxminən 40 min manat) müəyyənləşdirilən şirkətin idarəetmə işləri isə aktrisanın qardaşı Cem Saata həvalə edilib.

“Bidon Qida”da hər cür qida məhsulunun istehsalı, alışı, satışı, idxalı mümkün olacaq. Cütlük yeni işə başladığı üçün çox həyəcanlıdır.