Nadir bacısının süpürgəçi işləməsi xəbərindən danışdı

Nadir bacısının süpürgəçi işləməsi xəbərindən danışdı
3761 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə bacısının süpürgəçi işləməsi xəbərinə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan sənətçi bunu şayiə adlandırıb:

“Bu yaxınlarda saytlarda xəbər yayıldı ki, guya Nadirin bacısı “Tarqovı”da (Nizami küçəsi) süpürgəçi işləyir. O, kənddə yaşayır, heç “Tarqovı” nədir, bilmir. Bakıya gələndə onları köməkçim qarşılayıb, bizə gətirir. Ailəlidirlər, nəvələri var. İkincisi isə, süpügəçi işləmək ayıb deyil. Halal zəhmətlə pul qazanırlar. Gedib pis yola düşüb, rahat yaşamırlar. Bacılarımın ailəsi var, amma yeri gələndə mən də onlara kömək edirəm. Vaxtilə mən də məqsədimə çatmaq üçün ofisiant, fəhlə işləmişəm”.

Ətrafında yayılan şayiələrə əhəmiyyət verməyən N.Qafarzadə həyatda yalnız ailəsi üçün yaşadığını deyib:

“Özüm, ailəm və oğlanlarım üçün yaşayıram. Başqa insanlar haqqında fikirləşmirəm. Sadəcə oğlanlarıma təhsil verməyi düşünürəm”.