“Bu söhbətlər mənə "vız" gəlir” – Aygün Kazımova

“Bu söhbətlər mənə "vız" gəlir” – Aygün Kazımova
5592 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova Xəzər Rayon Polis İdarəsinə çağırılıb.

Axşam.az-ın məlumatına görə, müğənninin ifaçı Natavan Həbibinin şikayəti əsasında polis şöbəsinə çağırılaraq izahatı alınıb.

Məsələ ilə bağlı A.Kazımova sosial şəbəkədə açıqlama verib. Avtomobildə gedərkən çəkdirdiyi videonu İnstaqram səhifəsində paylaşan xalq artisti “Canlarım, yolumuz Nabranadır. Qalan söhbətlər isə mənə "vız" gəlir” deyə bildirib.

Qeyd edək ki, Natavan Həbibi A.Kazımova, Tolik və Zoriki ona “erməni” dediklərinə görə, şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gtirilməsi maddəsi ilə məhkəməyə vermişdi.