Əzizə Mustafazadə Ankarada məşhur festivalın açılışını edəcək

Əzizə Mustafazadə Ankarada məşhur festivalın açılışını edəcək
1057 dəfə oxunub
  • A-
  • A
  • A+
“Altus Sənət-Mədəniyyət” tərəfindən təşkil edilən Ankara Piano Festivalı başlayır.

Axşam.az “Hürriyət”-ə istinadən xəbər verir ki, festival çərçivəsində hər ay dünya şöhrətli pianoçular Türkiyənin paytaxtında konsert verəcək.

Festivalın açılışını isə həmyerlimiz, məşhur caz ustası Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə edəcək. Triosu ilə birlikdə səhnəyə çıxacaq sənətçi musiqisevərlərə möhtəşəm bir gecə yaşadacaq. İfa etdiyi cazı ilə bütün dünyada maraqla qarşılanan Ə.Mustafazadə bir sıra əsərləri də oxuyacaq.

Aşıq Veysəlin “Uzun incə bir yoldayam” mahnısını ifa edən Əzizə tanınmış musiqiçilər – Ralf Cetto və Simon Zimbardo ilə səhnəni paylaşacaq.

Konsert sentyabrın 30-da baş tutacaq.