“Qızım düzgün yolda deyil, çarəsizəm”

“Qızım düzgün yolda deyil, çarəsizəm”
4599 dəfə oxunub
  • A-
  • A
  • A+
 Xəbər verdiyimiz kimi, türkiyəli iş adamı Çingiz Məsudiyəli qızı Hazalın özündən 37 yaş böyük iş adamı Əli Ağaoğlu ilə sevgili olmasına sərt reaksiya göstərmişdi.
 
Axşam.az-ın məlumatına görə, Ç.Məsudiyəli onların Bodrumda dincələrkən çəkilmiş fotolarının mətbuatada yayımlanmasından sonra qızına evdən çölə çıxmağı qadağan etsə də, Hazal ötən gün yenidən Ə.Ağaoğlu ilə birlikdə barların birində görüntülənib.

İş adamı məsələ ilə əlaqədar “Hürriyət”ə müsahibə verib. O, qızının doğru yolda olmadığını və bu seçiminin xoşbəxt sonluqla nəticələnməyəcəyini deyib:

“Onların münasibəti tamamilə yanlışdır. Nəticələri çox pis olacaq. Aralarındakı yaş fərqi xoş olmayan sonluqlara gətirib çıxaracaq. Qızım düzgün yolda deyil, çarəsizəm”.
 
Qeyd edək ki, Əli Ağaoğlunun “Hazal xanımla çox xoşbəxtik. Ailəsini də tanıyıram, onlarla görüşmüşəm, heç bir problemimiz yoxdur” sözlərini isə Ç.Məsudiyəli yalanlayıb:

“Mənimlə heç kim danışmayıb. Nə bir zəng olundu, nə də ki görüş. Ümumiyyətlə, məndən bu mövzuda icazə alınmayıb”.